Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Samvel Karapetyanın yaratdığı “Bizim kimi” adlı siyasi qüvvənin qeydiyyatı ilə bağlı suala cavab verib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, bu məsələnin hüquqi müstəvidə həll olunmalı olduğunu bildirib.
“Mən bu məsələlərlə məşğul olmuram, çünki bu, hüquqi prosesdir. Mən bu siyasi qüvvənin qeydiyyata alınmalı və ya alınmamalı olması barədə fikir bildirməmişəm və bu məsələ mənə aid deyil. Müvafiq prosedurlar və qanunlar var — bu, hüquqi məsələdir və bu suallara hüquqşünaslar cavab verməlidirlər.”
Paşinyanın bu açıqlaması Ermənistan mediasında Samvel Karapetyanın siyasi fəaliyyətinə dair artan müzakirələr fonunda səslənib. Paşinyan bir daha vurğulayıb ki, hökumət bu cür təşəbbüslərə müdaxilə etmir və hər şey qanun çərçivəsində baş verməlidir.
Musavat.com
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ