Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, “Zəngəzur dəhlizi” məsələsi artıq onun üçün aktual sayılmır.
Musavat.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, Kopenhagendə Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən görüşün nəticəsində yayımlanan rəsmi açıqlamada Ermənistan ərazisində kommunikasiya xətlərinin açılması və TRIPP layihəsinin (Zəngəzur dəhlizi) müzakirəsi qeyd olunub.
“Bu sənədlə təsdiqləndi ki, Ermənistan ərazisində TRIPP layihəsi həyata keçirilir. Deməli, bu, sualın cavabıdır və Ermənistanın mövqeyini bir daha təsdiqləyir – ölkəmizdə ‘Sülh kəsişməsi’ və TRIPP layihəsindən başqa heç bir layihə yoxdur və ola da bilməz,” – deyə Paşinyan vurğulayıb.
Musavat.com
17 Oktyabr 2025
02:59 “Atletik Bilbao”dan “Qarabağ”a qarşı 9 qol hədəfi – Valverdenin iddialı, amma təhlükəli arzusu
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ