Onlayn ictimai-siyasi qəzet
“Yabancı Damat” serialındakı “Memik Dədə” obrazı ilə yaddaşlarda qalan türkiyəli aktyor Arif Erkin Güzelbeyoğlu 90 yaşında vəfat edib.
Musavat.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Aktyorun vəfat xəbərini oğlu Mehmet Güzelbeyoğlu açıqlayıb.
Onun sözlərinə görə, aktyor bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Arif Erkin Güzelbeyoğlu 11 sentyabr 1935-ci ildə Qaziantepdə anadan olub, türk teatr, kino və musiqisinə mühüm töhfələr verib. O, həm memar, həm musiqiçi, həm aktyor, həm də bürokrat kimi fəaliyyət göstərib.
Arif Erkin Güzelbeyoğlu “İkinci Bahar”, “Bizimkilər”, “Doxsanlar”, “Canım Ailem” və “Möhtəşəm Yüzyıl” kimi məşhur seriallarda da rol alıb.
Musavat.com
17 Oktyabr 2025
02:59 “Atletik Bilbao”dan “Qarabağ”a qarşı 9 qol hədəfi – Valverdenin iddialı, amma təhlükəli arzusu
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ