Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevlə Kopenhagendə görüşündən və ümumilikdə Bakı ilə təmaslarından məmnun olduğunu bildirib.
Musavat.com xəbər verir ki, Paşinyan bu barədə brifinqdə bildirib.
"Mən Kopenhagendəki görüşümüzdən və ümumilikdə təmaslarımızın nəticələrindən məmnunam. Sülhə gedən yolun institusionallaşdırılmasından da məmnunam. Hörmətli həmkarlar, sülh həqiqətdir", - o deyib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrda üç dəfə, Kopenhagen, Düşənbə və Şarm əl-Şeyxdə görüşüblər.
Musavat.com
18 Oktyabr 2025
17 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ