Onlayn ictimai-siyasi qəzet
Yaponiyanın Baş naziri Fumio Kisida KXDR-in ötən il artan raket sınaqlarından narahatlığını ifadə edib. O, həmçinin ilkin şərt irəli sürmədən Şimali Koreya lideri Kim Çen Inla görüşə hazır olduğunu bildirib.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, Fumio Kisida bu barədə müvafiq bəyanatını parlamentin iclasında çıxışı zamanı səslındirib. Onun sözlərinə görə, Şimali Koreyanın ballistik raket sınaqlarının misli görünməmiş tezliyi və xarakteri tamamilə qəbuledilməzdir. Eyni zamanda, insanların qaçırılması da ciddi humanitar problem olaraq qallır.
KXDR-in kəşfiyyat xidmətləri tərəfindən Yaponiya vətəndaşlarının qaçırılması diplomatik əlaqəyə malik olmayan iki dövlət arasında ən ağrılı məsələlərdən birinə çevrilib. 2002-ci ildə Pxenyan insanların qaçırılmasını ilk dəfə etiraf edib.
Xatırladaq ki, Şimali Koreya 2022-ci ildə rekord sayda raket sınağı həyata keçirib. Ötən il Pxenyan 37 sınaq zamanı ümumilikdə 70-dən çox qanadlı və ballistik raket buraxıb.
11 Oktyabr 2024
00:22 COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır
10 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ