İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyanın Baş naziri ilk dəfə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin konfransına qatılmaq istəyir

Yaponiyanın Baş naziri Fumi Kişida Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) avqustda Nyu-Yorkda keçiriləcək konfransına ilk dəfə qatılmağı planlaşdırır.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, konfransın avqustun 1-dən 26-dək davam edəcəyi gözlənilir.

Həmin tədbirə qatılacağı təqdirdə, F.Kişida müvafiq konfransda iştirak edən ilk yapon Baş nazir olacaq. Agentliyin məlumatına görə, Baş nazir məsələ ilə bağlı cari ay ərzində rəsmi açıqlama verməyi nəzərdə tutur.

Qeyd edək ki, seçki dairəsi 1945-ci ildə atom bombardmanına məruz qalmış Hiroşima prefekturasında yerləşən F.Kişida, nüvə silahının ləğv edilməsi və bu silahın olmadığı dünya uğrunda hərəkatın fəal iştirakçılarındandır. Həmçinin onun 2015-ci ildə, Yaponiyanın xarici işlər naziri olarkən həmin konfransa qatıldığı və burada çıxış etdiyi də bildirilir.

Xatırladaq ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi 1968-ci ildə imzalanıb. Bu müqavilə Böyük Britaniya, Rusiya, Çin, Fransa və ABŞ-ın nüvə silahlarına malik olmasını qanuniləşdirərək həmin ölkələrə nüvə dövlətləri statusu verib. Hazırda NTP-nin üzvü olan dövlətlərin sayı 190-ı ötüb. Hindistan, Pakistan və İsrail dövlətləri bu müqaviləyə qoşulmayıb. 2003-cü ilin yanvarında isə Şimali Koreya müqaviləni tərk edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR