İnsanlara hürriyət, millətlərə istiqlal!

Ovannisyandan iddia: Region böyük savaşa doğru gedir 

 

Hazırkı proses böyük regional müharibəyə aparır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikrin müəllifi erməni politoloq, revanşist Vahe Ovannisyandır.

“Əgər bu hakimiyyəti (Paşinyan iqtidarını nəzərdə tutur-red.) dəyişməyə güc tapmasaq, onu dəyişmək istəmiriksə, daha doğrusu, əyilib ona xidmət etsək, o zaman heç olmasa siyasi müdafiə sisteminin gücləndirilməsini xahiş etməliyik: bomba sığınacaqları, informasiya sistemləri və s. Çünki bu kurs başqa çıxış yolu nəzərdə tutmur.

Bizə (ermənilərə-red.) dörd tərəfdən, rus, fars, türk, ingilis dillərində xəbərdarlıq edilir: təhlükəli iş görürsən. Biz rasional heç nə etmirik, özümüz üçün heç bir məqsəd qoymuruq, danışıqlar üçün heç bir fikrimiz yoxdur. Yetişməmiş bir azyaşlı kimi, biz bütün təklifləri rədd edirik və hamı üçün ciddi problemlər yaradırıq. Bütün bunların nə ilə bitəcəyi bəlli deyilmi? İrəvan öz yaxşı hesablanmış maraqlarını formalaşdırmır, hər kəsin maraqlarına qarşı çıxır. Məğlub olan cəmiyyət isə heç nə istəmir, nə indiki, nə keçmiş, nə gələcək. O, yalnız həyat və təhlükəsizlik istəyir, bu da olmayacaq....”,-deyə erməni ekspert yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR