İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda yenidən prezidentin impiçmenti proseduruna başlanacaq

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası prezident Salome Zurabişvilinin hökumət tərəfindən təsdiqlənməyən xarici səfərlərinə görə yenidən impiçmentə cəhd edəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu parlamentin sədri Şalva Papuaşvili deyib.

“Bizim konstitusiyamız gürcü xalqının iradəsinin xüsusilə əks olunduğu fundamental aktdır. Ona görə də onun qəsdən, açıq və həyasız şəkildə pozulması cavabsız qala bilməz. Buna əsaslanaraq, parlament çoxluğu prezidentin impiçmenti proseduruna yenidən başlamaq və parlament seçkiləri öncəsi Konstitusiya Məhkəməsinə təqdim olunacaq yeni konstitusiya təklifi hazırlamaq qərarına gəlib”, - Papuaşvili brifinqdə bildirib.

Parlament sədrinin qeyd etdiyi kimi, 2023-cü ilin sonunda Konstitusiya Məhkəməsi Zurabişvilinin əsas qanunu pozduğunu tanıdıqdan sonra prezident hökumətin razılığı olmadan yeni xarici səfərlər edərək “konstitusiyanı kobud şəkildə pozmaqda” davam edir. Ötən həftə Zurabişvili Fransa, Almaniya, Polşa və Belçikaya səfər edib.

Papuaşvili izah edib ki, Konstitusiya Məhkəməsi konstitusiya pozuntusunu təsdiqləməsinin ardınca oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra tərkibi yenilənəcək parlament prezidentin vəzifədən kənarlaşdırılmasına səs verəcək. İmpiçment üçün 150 deputatdan 100-nün səsi lazımdır. Zurabişvilinin səlahiyyət müddəti bu il başa çatır, ona görə də onun prezidentlik müddəti maksimum bir ay qısaldılacaq. Natiq qeyd edib ki, bu, kifayət qədər simvolik xarakter daşıyacaq, lakin hüquqi və siyasi baxımdan fundamental məsələdir.

“Qanunları pozan Zurabiçvili keçmiş deyil, devrilmiş prezident statusunu saxlamalıdır”, - deyə parlament sədri bu variantı gələcək üçün presedent adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR