Onlayn ictimai-siyasi qəzet
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın son çıxışları daha az ardıcıl və konkret xarakter alıb ki, bu da onun yaşla əlaqədar “idrak dəyişikliklərindən” xəbər verə bilər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidentinin nitqləri ilə bağlı kompüter təhlili aparan “The New York Times” (NYT) yazıb.
Ekspertlər Trampın mitinqlərini, müsahibələrini və sosial şəbəkələrdəki paylaşımlarını araşdırıblar.
Gəlinən nəticəyə əsasən, Trampın bəyanatları “daha qaranlıq, daha sərt, uzunmüddətli xarakter almağa başlayıb. 2016-cı ildə prezidentlik kampaniyası zamanı 45 dəqiqə çıxış edən sabiq dövlət başçısı indi orta hesabla 82 dəqiqə nitq söyləyir. O, həmçinin söyüşlərdən əvvəlkindən 69% daha çox istifadə edir. Bəzi ekspertlər bunun da qocalmanın bir əlaməti ola biləcəyinə inanırlar.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ