İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərb olmasaydı, Ukraynadakı münaqişə 15 günə bitəcəkdi”

“Qərbin Ukraynaya yardımı olmasaydı, münaqişə 15 günə bitəcəkdi”.

Musavat.com xəbər verir ki, bu sözlər Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell tərəfindən səslənib.

“Bir çox insan istəyir ki, müharibə mümkün qədər tez bitsin. Əgər biz Ukraynaya dəstəyi dayandırsaq, 15 gün ərzində müharibə bitəcək və Putin öz məqsədlərinə çatacaq. Amma biz bunu ukraynalılar və özümüzün, avropalıların təhlükəsizliyi üçün istəyirikmi?” - Borrell “20 Minutos” qəzetinə müsahibəsində belə bir sual ünvanlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR