İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya Rusiyadan olan 22 fiziki şəxsin və 3 şirkətin aktivlərini dondurur

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məhdudiyyətlər Rusiyadan 22 fiziki şəxsin və 3 təşkilatın aktivlərinin dondurulmasını, vaksinlərin və tibbi cihazların, o cümlədən robotların, radioaktiv materialların, nüvə obyektləri, neft və təbii qaz kəşfiyyatı üçün avadanlıqların Rusiyaya ixracına qadağa qoyulmasını nəzərdə tutur.

Qadağa fevralın 3-dən qüvvəyə minəcək.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR