İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yango” nun Azərbaycandakı müştərilərinin məlumatları federal xidmətə ötürülə bilərmi?

“Azərbaycan üçün yeni qərarın təsiri az olacaq. Rusiya ərazisində yaşayan azərbaycanlılar qayda-qanunlara əməl edirlər. Əmək miqrantları kimi qeydiyyatdadırlar. Söhbət birbaşa dövlət təhlükəsizliyindən gedir”.

Bunu nəqliyyat eksperti Aslan Əsədov “Yandex” taksi xidmətinin xarici istifadəçilərin məlumatlarının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) ötürülməsi ilə bağlı sentyabrın 1-də qüvvəyə minəcək qanunu şərh edərkən deyib. O qeyd edib ki, sözügedən qanun azərbaycanlıları narahat etməməlidir: “”Yango”” bahalı xidmət göstərdiyi üçün istifadə edənlərin sayı çox deyil. Buna görə də qərarın bizim üçün ciddi zərəri olacağını düşünmürəm. Beynəlxalq hüquq baxımından isə belə bir addımın atılması qəbuledilməzdir. Xüsusi xidmət orqanları dövlətin təhlükəsizliyi və dövlət maraqları üçün proqramlarla fəaliyyət göstərirlər. Bəzi ölkələr üçün xüsusi xidmət orqanlarının fəaliyyəti həyati önəm daşıyır. Skandinaviya ölkələri qərarı boykot edə bilərlər. Vətəndaşlara “Yango”dan az istifadə etməyi tövsiyə edə bilərlər”.

Sürücülük vəsiqəsinin verilməsinə nəzarət güclənməlidir” - Ekspert

Aslan Əsədov

“Yandeks” şirkətinin mətbuat xidmətindən TASS-a açıqlamada qeyd edilib ki, səyahət məlumatları yalnız səfərin həyata keçirildiyi ölkənin hüquq-mühafizə orqanları tərəfindən əldə edilə bilər. Rusiya hüquq-mühafizə orqanları Yandex Taxi istifadəçilərinin Rusiyadan kənar səfərləri ilə bağlı məlumatlara daxil ola bilmir. Bundan əvvəl Finlandiyanın məlumatların mühafizəsi təşkilatı Yandex və Finlandiyada Yango taksi xidməti istifadəçilərinin məlumatlarını emal edən Hollandiyanın Ridetech International B.V. şirkətlərinə məlumatların Rusiyaya ötürülməsini qadağan edib. Rusiya hüquq-mühafizə orqanları istifadəçilərin Rusiyadan kənar səfərləri haqqında məlumatı xidmətə sorğu vasitəsilə əldə etmirlər. Səfər məlumatları yalnız səfərin həyata keçirildiyi ölkənin hüquq-mühafizə orqanları tərəfindən əldə edilə bilər. Rusiyanın da və əksər ölkələrin qanunvericiliyi də belə işləyir. Müasir yüksək yüklü internet xidmətlərinin əksəriyyəti elə qurulub ki, şifrələnmiş formada məlumatların çox sayda surəti müxtəlif məlumat mərkəzlərində saxlanılır. Eyni zamanda, xidmətin fəaliyyət göstərdiyi ölkələr üzrə məlumatların saxlanmasının fiziki olaraq ayrılması yoxdur. Məlumatlara giriş sorğusu yalnız coğrafi əsasda həyata keçirilir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR