İnsanlara hürriyət, millətlərə istiqlal!

Yağıntılı hava davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Aprelin 2-nə olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Bu barədə Musavat.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qar örtüyünün hündürlüyü: Qrızda 21 sm, Şahdağda 20 sm, Lerikdə 15 sm, Qaxda 11 sm, Daşkəsən, Altıağac, Gədəbəydə 9 sm, Şəkidə 8 sm, Göygöl və Ordubadda 5 sm, Şamaxı, Xaltan, Qusarda 4 sm, İsmayıllı və Qobustanda 1 sm təşkil edib.

Müşahidə olunan və gözlənilən hava şəraiti, çaylarda olan vəziyyətlə bağlı daha ətraflı məlumatı meteo.az saytından əldə edə bilərsiniz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR