İnsanlara hürriyət, millətlərə istiqlal!

Xüsusi təyinatlı polkovnik-leytenant Elşad Quliyevin xatirəsi anılıb - Fotolar

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 2012-ci ilin aprelin 6-da Gəncə şəhərində keçirilən antiterror əməliyyatı zamanı qəhrəmancasına həlak olmuş xüsusi əməliyyatlar strukturunun polkovnik-leytenantı Elşad Quliyevin anadan olmasının 50 illiyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Musavat.com-a DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Yubiley tədbirində mərhumun ailə üzvləri ilə yanaşı, DTX-nin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Xidmətin Heydər Əliyev adına Akademiyasının kursantları və DTX-nin hərbi hissəsinin əsgərləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Elşad Quliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyəti dövründə peşəkarlığından, əməliyyatlarda göstərdiyi xüsusi qəhrəmanlıqlardan, yüksək insani keyfiyyətlərindən söhbət açıb, ömrünün 17 ilini həsr etdiyi bu orqanlarda şərəfli xidmət yolu keçdiyini, Vətən uğrunda nümayiş etdirdiyi cəsurluq və fədakarlıq nümunələrinin gənc nəslə daim örnək olduğunu və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyələndirilməsində mühüm rol oynadığını bildiriblər. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə polkovnik-leytenant Elşad Quliyevin müxtəlif vaxtlarda “İgidliyə görə”, “Vətən uğrunda” medalları və ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunması onun xidmətlərinə dövlət səviyyəsində verilən yüksək qiymətin bariz təzahürüdür.

Ardınca tədbir iştirakçıları “Trend” Beynəlxalq İnformasiya Agentliyinin DTX-nin təşkilati dəstəyi ilə ərsəyə gətirdiyi, Elşad Quliyevin həyat və fəaliyyətindən bəhs edən “Qəhrəman xüsusi təyinatlı” sənədli filminə tamaşa ediblər.

Daha sonra qonaqlara DTX-nin Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram təqdim olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR