Onlayn ictimai-siyasi qəzet
Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəm küçəsində fərdi yaşayış evində yanğın baş verib.
Musavat.com xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində evdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində hər mərtəbəsi 90 m² olan ikimərtəbəli fərdi yaşayış evinin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ