İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN-dən Estoniyaya sual: Avtomobillər keçirsə, yol necə bağlı ola bilər?

Azərbaycan Xarici İşlər Nazirliyi Estoniya XİN-i pisləyib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterdə bildirib.

“Biz Estoniya XİN-in Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırması qəbuledilməz hesab edirik. Görünür, bu, qeyri-qanuni iqtisadi fəaliyyəti insanların iztirabları ilə bağlı iddialarla ört-basdır etmək, qanunsuz hərəkətlərə qarşı fəaliyyəti qabaqlamaq üçün yeni bir tendensiyadır. “Blokada”da avtomobillər keçirsə, yol necə bağlı ola bilər?”, - XİN qeyd edib.

Xatırladaq ki, dekabrın 17-də Estoniyanın xarici siyasət idarəsi tviterdə Laçın dəhlizinin keçdiyi ərazini “Dağlıq Qarabağ” adlandıraraq orada yerli əhalinin guya mühasirəyə alındığını iddia edib.

rr7.jpg (72 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR