İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xəyanət edən qadınlar ən çox xərçəngə tutulurlar”- dünya şöhrətli ekspert

"Azərbaycan qadını namusunu heç vaxt sevgilisinə, ərinə görə saxlayıb, qorumayıb. Xəyanət eləmək onun ruhunda, düşüncə tərzində belə yoxdur. Buna görə də səbəb axtarmır. Azərbaycan xanımı el-obasını, nəslini, atasını, babasını, qardaşlarını , bacılarını, qızını, oğlunu və s. göz önündə saxlayır".

Musavat.com xəbər verir ki, bunu Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov facebook hesabında yazıb.

“Milli adətlərimizə görə xəyanət edən qadının nə öz qızını, nə bacısını, nə də bacısı qızlarını alarlar, nə də oğluna qız verərlər. Milli düşüncəmizdə “qız bibisinə çəkər” və “anası çıxan ağacı, qızı budaq-budaq gəzər” ifadəsi var. Ana, bacı, qız, xanım, xatun, bikə, arvad məhfumlarının heç biri özlüyündə xəyanət anlayışına yaxın da gəlmir. Qadın fiziologiyası, sağlamlığı da, bütün ilahi dinlərin qanunları da bunun əksinədir. Xəyanət edən qadınlar ən çox xərçəng və başqa xəstəliklərə tutulurlar. Təmizlik qadının özündəndir. Bu ya var, ya da yox...” - T.Əmiraslanov bildirib.

 


Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR