Onlayn ictimai-siyasi qəzet
Avropanın nüfuzuna görə ən zəif klub turniri sayılan Konfrans Liqasında bu gün yarımfinalçılar məlum olub.
Offsideplus.az xəbər verir ki, "Fiorentina" və "Betis" adlarını yarımfinala yazdıran ilk komandalar olub.
Gecə saatlarında isə vaxtilə azərbaycanlı futbolçu Musa Qurbanlının formasını geyindiyi İsveçin "Yurqorden" klubu tarixi uğura imza atıb. Skandinaviyalılar səfərdə böyükhesablı qələbə sayəsində yarımfinala yüksəliblər. Yeri gəlmişkən, M.Qurbanlı "Yurqorden"in heyətində 2023-24-cü illərdə oynayıb və 2 qol vurub.
Konfrans Liqasının favoriti "Çelsi" də yoluna davam edir.
Konfrans Liqası, 1/4 final, cavab oyunları
20:45 "Yagelloniya" - "Betis" 1:1
İlk oyun - 0:2
20:45 "Fiorentina" - "Çelye" 2:2
İlk oyun - 2:1
23:00 "Çelsi" - "Legiya" 1:2
İlk oyun - 3:0
23:00 "Rapid" - "Yorqorden" 1:4
İlk oyun - 1:0
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ