İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda ordu gününə həsr olunan hərbi parad keçirilib

İranda aprelin 18-də səhər saatlarında ordu gününə həsr olunmuş hərbi parad keçirilib.

“Report” xəbər verir ki, bu barədə məlumatı İRNA yayıb.

Bildirilib ki, paradda İran Prezidenti Məsud Pezeşkian, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqeri, müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə, həmçinin müxtəlif qoşun növlərinin komandanları iştirak edib.

M.Pezeşkian paradda çıxış edib.

Hərbi parad Tehrandan başqa İranın digər əyalət mərkəzlərində və bəzi şəhərlərində də təşkil olunub.

Qeyd edək ki, 1979-cu il fevral inqilabından sonra Məhəmmədrza şah Pəhləvidən qalma ordu həmin il aprelin 18-də yenidən formalaşdırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR