İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəxanaya yerləşdirilmiş keçmiş baş nazirdən İLK AÇIQLAMA: "Vuruşmağa hazıram"

İtaliyanın keçmiş baş naziri və “Forza İtalia”nın lideri Silvio Berluskoni bir aydır müalicə aldığı xəstəxanadan ilk dəfə açıqlamalar verib.

Musavat.com xəbər verir ki, xəstəxana otağından tərəfdarlarına videomüraciət ünvanlayan 86 yaşlı Berluskoni lideri olduğu partiyanın millət vəkillərinə verdikləri dəstəyə görə təşəkkür edib.

“Son bir neçə həftədə heç dayanmamışam. Partiyanın yeni strukturu üzərində işləmişəm, azadlıq mübarizəmizdə sizinlə işləməyə və sizinlə birlikdə vuruşmağa hazıram” - sabiq  baş nazir deyib.

Dörd dəfə baş nazir olmuş Silvio Berluskoninin videomüraciəti partiyanın Milanda yerləşən qərargahında izlənilib. Partiya üzvləri çıxışından sonra keçmiş baş naziri dəqiqələrlə alqışlayıblar.

Qeyd edək ki, 2020-ci ildə koronavirusa yoluxan Berluskoni son illərdə dəfələrlə xəstəxanaya yerləşdirilib. O, martın 27-də nəzarət üçün San Raffaele xəstəxanasına aparılıb və martın 30-da evə buraxılıb.

Daha sonra Berluskoni aprelin 5-də ağciyər infeksiyası səbəbindən xəstəxanaya yerləşdirilib və bir müddət sonra onun leykoz xəstəsi olduğu açıqlanıb. Berluskoni aprelin 16-da reanimasiyadan çıxıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR