İnsanlara hürriyət, millətlərə istiqlal!

İLK DƏFƏ! The New York Times elə bir qərar verdi ki! Hər şeyi açıq yazdı...

ABŞ-ın ən böyük qəzetlərindən biri olan The New York Times jurnalistikanın əsas prinsiplərindən biri olan tərəfsizlik qaydasını pozaraq, açıq şəkildə Kamala Harrisə prezident seçkilərində dəstək verib.

Musavat.com xəbər verir ki, qəzetin redaksiya məqaləsində Harris “yeganə vətənpərvər seçim” olaraq xarakterizə edilir.

Məqalədə Donald Tramp sərt şəkildə tənqid olunur və onun “ölkənin dəyərlərini alçaldacağı, normalara meydan oxuyacağı və ölkəni güclü edən institutları məhv edəcəyi” qeyd olunur. Trampın zənginlər üçün vergiləri azaltmağı və Putin, Orban kimi avtokratlarla dostluq etməyi planlaşdırdığı da vurğulanır.

Məqalədə, həmçinin bu ifadələr yer alır: “Donald Tramp prezident postu üçün yararlı deyil — bu, ölkənin rifahını və demokratiyanın sabitliyini düşünən hər bir seçici üçün aşkar olmalıdır.”

Bu məqalə The New York Times-ın açıq şəkildə Harrisə dəstək verdiyini göstərir və nəşr Trampı ölkə üçün təhlükə olaraq təqdim edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR