İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəxanada ürəyə şeir yazdı – Nəriman Həsənzadənin durumu necədir?  

Xəbər verdiyimiz kimi, Xalq şairi Nəriman Həsənzadə ötən gün müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Musavat.com şairin vəziyyəti ilə maraqlanmaq üçün ona zəng edib. Yazıçının yaxını bildirib ki, şairin vəziyyəti yaxşıdır, hazırda dincəlir:

“Həkim ona telefondan uzaq durmağı tapşırıb. Ümumilikdə vəziyyəti stabildir.  Çalışırıq ki, onu virusdan qoruyaq, yeni əməliyyat olunub, yaşı çoxdur, tez xəstələnə, yoluxa bilər. Hələ yaradıcılıqla da məşğul olmur. Xəstəxanada 1 bənd ürəyə aid şeir yazdı”.

Xatırladaq ki, 94 yaşlı şair bir neçə gün əvvəl Bakı Sağlamlıq Mərkəzində ürəyindən əməliyyat edilib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR