Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin dekabrında Azərbaycanın xarici ticarətinin həcmi 4 milyard 502 milyon 397.25 min dollar təşkil edib.
Musavat.com Dövlət Gömrük Komitəsinin xarici ticarət statistikasına istinadən xəbər verir ki, bunun 2 milyard 216 milyon 194.42 min dolları ixracın, 2 milyard 286 milyon 202.83 min dolları isə idxalın payına düşür. Bu isə o deməkdir ki, dekabr ayında ölkəmizin xarici ticarətində 70 milyon dollarlıq defisit qeydə alınıb.
Ötən ilin yekununda Azərbaycanın 47 milyard 612 milyon 100.86 min dollara bərabər olub ki, bu da əvvəlki illə müqayisədə 3 milyard 571 milyon 798.69 min dollar və ya 7 faiz azalıb. Bu azalmada əsas rol ixrac həcmindəki azalmadır – 2023-cü ildəki 33 milyard 898 milyon 554.86 min dollara qarşı 2024-cü ildə 26 milyard 554 milyon 56,8 min dollara düşüb. İdxal isə 17 milyard 285 milyon 344.69 min dollardan 21 milyard 58 milyon 44.06 min dollara yüksəlib. Nəticədə, Azərbaycanın xarici ticarət profisitinin həcmi 16 milyard 613 milyon 210.17 min dollardan 5 milyard 496 milyon 12.75 min dollara düşüb. Bu, 3 dəfədən çox azalma deməkdir...
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ