İnsanlara hürriyət, millətlərə istiqlal!

Xanımını xilas edərkən ölən Ceyhunun cənazəsi Azərbaycana gətirildi

ABŞ-nin Florida ştatının Mayami şəhərində faciəli şəkildə ölən azərbaycanlı gənc Ceyhun Sadıbəylinin cənazəsi Azərbaycana gətirilib.

Musavat.com “Oxu.Az”a istinadən xəbər verir ki, C.Sadıbəyli dünən Suraxanı rayonu, Dədə Qorqud qəsəbə qəbiristanlığında dəfn edilib.

Xatırladaq ki, hadisə Mayamidəki “South Beach” adlanan çimərlikdə baş verib. Orada istirahət edərkən Ceyhunun həyat yoldaşı suda boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Xanımını ölümdən qurtaran Ceyhun özü boğularaq həlak olub.

 Onun cənazəsi Azərbaycana gətirilməsi üçün yadım kampaniyası başladılmışdı.

Yenicə ailə həyatı quran Ceyhun Bostondakı şirkətlərin birində satış meneceri işləyirmiş.

Qeyd edək ki, Ceyhun 2000-ci ildə Yardımlı rayonunun Bozayran kəndində doğulmuşdu. O, 665 balla ADA Universitetinin Biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olaraq bakalavr pilləsini bitirmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR