İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xalqımızı qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır"- Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə diqqət çəkən açıqlama verib. AzVision.az xəbər verir ki, o, Qarabağ məsələsi ilə bağlı danışarkən deyib ki, erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır.

"Bu gün bizə deyirlər ki, Qarabağı təslim etmişik(Azərbaycan ərazi bütövlüyünü bərpa etməsi-red.). Əgər Qarabağı təslim etmək istəsək, Serj Sarkisyanın danışıqlarının məntiqini davam etdirərdik. Beləliklə də, Qarabağı verərdik", - Paşinyan deyib.


"Sülh müqaviləsi prosesini təxirə salmaq olmaz" - Baş nazir iddia edib ki, müharibə Şuşa uğrunda aparılıb. Ermənistan hakimiyyəti müharibəni dayandırmağa çalışmadığına görə tənqid edilir, lakin bu heç də belə deyil.

"Şuşa olmadan müharibəni dayandırmaq və ya qarşısını almaq mümkün deyildi. Bu, sadəcə olaraq mümkün deyil. Mən bu barədə dəfələrlə danışmışam", - Paşinyan söyləyib.

O qeyd edib ki, ölən erməni hərbçiləri Qarabağın geri qaytarılmaması üçün döyüşüblər.

"Əgər başqa yolla getsək biz Qarabağı itirəcəyik. Fərrux hadisələri sizə örnəkdir. Bir-birinizi aldatmağa son qoyun. Biz yolları ona görə açırıq ki, ifadəyə görə üzr istəyirəm, xalqımızı qurbanlıq qoyun statusundan çıxaraq... Müharibənin olub-olmayacağına biz qərar vermədik. Biz heç nəyə qərar vermədik. Mən bu gün deyirəm ki, Ermənistan suveren ölkədir və biz nəyisə həll etmək hüququnu özümüzə qaytarmalıyıq. Çünki biz dövlətik, at tövləsi deyilik. Biz vətəndaşıq, qurbanlıq quzu deyilik ki, müxtəlif yerlərdə bizi nə qədər və necə kəsəcəyinə və ya bizi bağışlayacağına qərar versinlər", - baş nazir deyib.

Baş nazir gələcək nəsillərin bu statusda qalmasına imkan verməyəcəyini bəyan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR