İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ tarixdə ən güclü qasırğa ilə üz-üzədir; Bayden səfərlərini təxirə saldı

“Milton” qasırğası çox qısa müddətdə 5-ci kateqoriyaya çataraq daha da güclənə, qasırğaların ölçülməsi üçün istifadə olunan son kateqoriyadan qat-qat böyük gücə çata bilər.

Musavat.com xəbər verir ki, mütəxəssis Stuti Mişra “İndependent” qəzetində dərc olunan məqaləsində “Milton” qasırğasının sürətlə 5-ci kateqoriyaya yüksəlməsinin sinoptikləri şoka saldığı qeyd olunur. Sinoptiklərin fikrincə, qasırğaların indiki miqyası onların gücünü tam əks etdirmir.

“AccuWeather”in qasırğa üzrə aparıcı mütəxəssisi Aleks DaSilva qeyd edib ki, okean istiliyi Meksika körfəzində ilin bu vaxtı üçün rekord həddə çatıb. O əlavə edib ki, bu, qasırğanı güclənməsi üçün “raket yanacağı” ilə təmin edir.

ABŞ-ın Florida ştatının səlahiyyətliləri sakinlərə son illərin ən böyük evakuasiyalarından birinə hazırlaşmaq üçün sərt xəbərdarlıqlar edib. Onlar bildiriblər ki, təhlükə zonalarında qalanların həlak olma ehtimalı çox yüksəkdir.

Xatırladaq ki, 50 ildir ABŞ Milli Qasırğa Mərkəzi tropik fırtınaların riskini qiymətləndirmək üçün Saffir-Simpson külək şkalasından istifadə edir. Şkalaya görə, 1-ci kateqoriya qasırğanın sürəti 74-95 mil/saat, 2-ci kateqoriya 96-110 mil/saat, 3-cü kateqoriya 111-129 mil/saat, 4-cü kateqoriya 130-156 mil/saat və 5-ci kateqoriyanın sürəti 157 mil və ya daha yüksəkdir. Küləyin sürəti saatda 157 mildən yuxarı olan hər hansı tufan 5-ci kateqoriyaya aid edilir.

İqlim üzrə ekspertlər Maykl Vehner və Cim Kaussin son onilliklərdə qasırğaların daha güclü olduğunu deyirlər. Xüsusilə "Patricia" qasırğasının sürəti 192 mil/saatı keçib. Onların fikrincə, artıq altıncı kateqoriya tətbiq edilməlidir.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden “Milton” qasırğasına görə Almaniya və Anqolaya səfərini təxirə salıb. O, qasırğa müddətində ölkədə olmasının zəruri olduğunu bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR