Onlayn ictimai-siyasi qəzet
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə vəfat edib.
Musavat.com report.az-a istinadən xəbər verir ki, o, ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Qeyd edək, Əkrəm Hüseynzadə 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universtetini tarix-filologiya ixtisası üzrə bitirmişdi. Filologiya üzrə fəlsəfə doktoru idi.
2024-cü il iyulun 31-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri təyin olunmuşdu.
Allah rəhmət eləsin!
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ