Onlayn ictimai-siyasi qəzet
Almaniyanın sərhədlərində nəzarət hələ uzun müddət davam edəcək.
“Report” xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts RTL telekanalına müsahibəsində bildirib.
“Biz bunu mümkün qədər uzun müddət edəcəyik. Və bu çox uzun müddət davam edəcək”, – hökumət başçısı bildirib. Şolts yoxlamaların “çox narahatlıq” yaratdığını etiraf edib.
Sentyabrın 16-dan etibarən Almaniyanın bütün quru sərhədlərində qanunsuz miqrasiyanın azaldılması məqsədilə müvəqqəti nəzarət tətbiq edilib. Bu addımın səbəbləri həmçinin terrorçuluq və transmilli cinayətkarlıqdan qaynaqlanan təhdidlərdən daxili təhlükəsizliyin qorunmasıdır.
Polşa kimi bəzi qonşu ölkələr Almaniya iqtidarının bu qərarını qeyri-dostluq addımı hesab ediblər.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ