İnsanlara hürriyət, millətlərə istiqlal!

Bulvarda tanıdığı 14 yaşlı qızla cinsi əlaqədə oldu - Hadisənin DETALLARI

Sumqayıt şəhərində 2003-cü il təvəllüdlü Camal yetkinlik yaşına çatmayan Əsmərlə (adlar şərti göstərilib - red.) cinsi əlaqədə olub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Camal 2023-cü ilin noyabr ayının ortalarında, günorta saatlarında Sumqayıt şəhərinin Bulvar küçəsində yerləşən evin yataq otağındakı çarpayıda aralarında 6 yaş fərq olan, on dörd yaşlı Əsmərlə onun könüllü razılığı əsasında təbii yolla cinsi əlaqəyə girib. Bu əməli dekabrın 15-dək mütəmadi davam etdirib.

İstintaq orqanı tərəfindən Camalın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Əsməri 2023-cü ildən tanıyır: "Sumqayıt şəhərinin Bulvar ərazisində gəzişərkən ilk dəfə Əsməri yanında rəfiqəsi ilə gördüm. Ona yaxınlaşaraq tanış olmaq istədiyimi bildirdim. Buna etiraz etmədi. Aramızda sevgi münasibətləri yarandı.

Mən Əsmərin 14 yaşı olduğunu bilmişəm. Lakin ona qarşı fikrim ciddi olduğu üçün evlənmək niyyətində olmuşam. Biz Əsmərin 16-17 yaşına çatmağını gözləmək, daha sonra evlənmək barədə razılığa gəldik. Bu barədə mən öz valideyinlərimə də bildirdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, tanışlıqlarından təxminən 2 ay sonra Əsmər onu anası Xatirə ilə tanış edib: "Mən Xatirəyə qızı barədə niyyətimin ciddi olduğunu və gələcəkdə onunla ailə həyatı qurmaq istədiyimi bildirdim. Xatirə də mənim Əsmərlə münasibətlərimin davam etməsinə razılıq verdi".

Camalın sözlərinə görə, 29 oktyabr 2023-cü ildə Əsmərin 14 yaşı tamam olub: "Əsmərin ad gününə tort və üzərində "13" rəqəmi yazılmış kloun olan gümüş sep hədiyyə aldım. Sonra Əsmər və onun anası Xatirə ilə birlikdə bulvar ərazisində yerləşən restoranlardan birində ad gününü qeyd etdik. Həmin vaxta kimi Əsmərlə cinsi əlaqədə olmamışdım.

Təxminən 2023-cü ilin noyabr ayının ortaları və ya axırında günortadan sonra Əsmərlə görüşdük, birlikdə evləri üçün marketdən alış-veriş etdik. Kömək məqsədilə onun aldığı əşyaları yaşadıqları mənzilə kimi apardım.

Əsmər anası evdə olmadığı üçün məni içəri dəvət etdi. Söhbət edərkən özümü saxlaya bilmədim, onu öpdüm. O da məni öpdü. Hər ikimiz ehtiraslandıq. Yataq otağına keçərək soyunduq və ilk dəfə öz razılığı ilə onunla cinsi əlaqədə oldum. Əlaqə nəticəsində Əsmərin qızlıq bəkarəti pozuldu. Bu barədə o, anasına məlumat verməyəcəyini bildirdi.

Bundan sonra biz təxminən dekabr ayının ortalarınadək həmin mənzildə daha 3-4 dəfə ayrı-ayrı tarixlərdə cinsi əlaqədə olduq. Mən Əsmərin 14 yaşı olduğunu və 16 yaşına çatmadığını bilmişəm. Buna baxmayaraq, öz ehtirasıma sahib çıxmayaraq, Əsmərin öz təklifi ilə onunla cinsi əlaqədə olmuşam".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Əsmərin sözlərinə görə, Sumqayıt şəhərində orta məktəbin 7-ci sinif şagirdi olsa da, 6-cı sinfi qurtardıqdan sonra öz təşəbbüsü ilə yeni təhsil ilindən məktəbə getməkdən imtina edib:

"13 iyul 2023-cü ildə rəfiqəmlə birlikdə Sumqayıt şəhərində bulvar ərazisində gəzərkən mənə tanımadığım, özünü Camal kimi təqdim edən gənc oğlan yaxınlaşdı və tanış olmaq istədiyini bildirdi. İlk baxışdan mənim Camaldan xoşum gəldiyi üçün ona etiraz etmədim.

Bundan sonra onunla mütəmadi olaraq görüşməyə, telefon vasitəsilə danışmağa başladıq. Bundan təxminən iki ay sonra Camalı anamla da tanış etdim".

Zərərçəkmiş qeyd edib ki, oktyabrın 29-da anası Xatirə ilə birlikdə Sumqayıt şəhərində bulvar ərazisində yerləşən restoranlardan birində 14 yaşını qeyd edib və Camal da həmin ad günündə iştirak edib:

"Camal mənə tort, üzərində tanışlıq tariximiz olan "13" rəqəmini əks etdirən gümüş boyunbağı da hədiyyə etdi. Ad günümdən bir iki həftə sonra, yəni təxminən noyabr ayının ortalarında, günorta saatlarında yaşadığım evin yaxınlığındakı marketdə Camalla birlikdə bazarlıq etdik. Daha sonra Camal mağazadan alınan əşyaların mənim yaşadığım mənzilə daşınmasında köməklik etdi. Evə çatdıqda anam işdə olduğu üçün Camalı yaşadığım mənzilə dəvət etdim. Söhbət edərkən Camal məni öpdü. Mən də öpüşdən ehliraslandım, onu öpdüm. Bundan sonra hər ikimiz yataq otağına keçdik. Camal məni soyundurduqdan sonra öz razılığımla ilk dəfə onunla cinsi əlaqədə olduq. Qızlıq bəkarətimin pozulduğunu başa düşdüm".

Əsmərin ifadəsinə görə, daha sonra Camal onların evindən gedib: "Camalla cinsi əlaqədə olmağım barədə anama heç bir söz demədim. Bundan sonra Camalla ayrı-ayrı vaxtlarda yaşadığım mənzildə daha 3 dəfə cinsi əlaqədə oldum. Sonuncu dəfə bu cür görüşümüz 2023-cü ilin dekabrın 15-nə təsadüf etdi.

2024-cü il yanvarın 8-də səhər saatlarında anamla evdə olarkən ona Camalla bir neçə dəfə cinsi əlaqədə olduğumu dedim. Anam da əsəbiləşərək mənimlə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə gedərək şikayət ərizəsi yazdıq. Camal mənimlə cinsi əlaqədə olarkən heç vaxt zor tətbiq etməyib. Hər dəfə cinsi əlaqə öz istəyim və razılığımla olub".

İş üzrə zərərçəkmiş Əsmərin qanuni nümayəndəsi qismində dindirilən anası Xatirənin sözlərinə görə, 2023-cü ilin oktyabrında qızı Əsmər ona Camal adlı bir oğlanla tanış olduğunu və bir-birlərini sevdiklərini bildirib:

"Məni də Camalla tanış etdi, aramızda mehriban münasibət yarandı. Hətta qızım Əsmərin ad gününü də Camalla birlikdə restoranda qeyd etdik. Bəzi hallarda Camal özü, bəzi hallarda Camalın anası da bizə gəlib-gediblər, Əsmərin 18 yaşına çatandan sonra el adəti ilə toy edərək onları evləndirmək barədə razılaşmışıq.

Bu il yanvarın 8-də Əsmər evdə söhbət edərkən öz istəyi ilə Camalla 2023-cü ilin noyabr ayının ortalarında yaxın münasibətdə olduğunu, Camalın onun bakirəliyini pozduğunu bildirdi. Bu xəbəri eşitdikdə halım pisləşdi. Dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdim. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət olundum. Mən hadisə barədə ərizə ilə müraciət etdim.

Hazırda Camal və onun ailə üzvləri mənə qızım nikah qurmağa hüquq verən yaş həddinə çatdıqda onunla evlənəcəyinə söz verib və el adəti ilə onları nişanlamışıq. Bu səbəbdən Camaldan hər hansı şikayətim yoxdur. Hazırda onunla barışmışıq. Gələcəkdə qızım ilə Camalı evləndirməyi planlaşdırırıq".

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Camalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR