Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Tolyatti şəhərində iki azyaşlı qız vəhşicəsinə öldürülüb. Cinayəti törətməkdə onların 13 yaşlı ögey bacısı şübhəli bilinir.
Qeyd olunur ki, yaşayış binasının mənzillərindən birində eyvanda çoxsaylı bıçaq xəsarətləri olan iki və beş yaşlı qızların meyitləri tapılıb. Bıçaqlanaraq öldürülən qızların cəsədlərini 10 yaşlı başqa bir bacı tapıb. Ümumilikdə ailədə dörd qız böyüyüb.
Hazırda əsas şübhəli onların 13 yaşlı ögey bacısıdır. İlkin məlumata görə, bacılarını qətl etdikdən sonra qız sakitcə küçədə gəzməyə çıxıb, daha sonra anasına etdiyi əməli etiraf edib.
Yerli İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb. Araşdırmalar davam etdirilir.//Oxu.Az
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ