İnsanlara hürriyət, millətlərə istiqlal!

Slovakiyanın Baş naziri ölkədə mediaya nəzarət idarəsi yaratmağı düşünür

Slovakiyanın Baş naziri Robert Fitso ölkədə media fəaliyyətinə nəzarət üzrə milli idarə yaradılmasını təklif edib.

“Report” xəbər verir ki, onun sözlərindən “Novinky” xəbər portalı sitat gətirib.

“Vətəndaşların yalan məlumatı düzəltmək hüququ olmalıdır, cavab hüququ olmalıdır (haqqında yanlış məlumat verilən vətəndaşın eyni nəşrdə cavab verə bilməsini nəzərdə tutur - red.), çünki heç bir Aİ ölkəsində Slovakiyadakı kimi mediada qarışıqlıq yoxdur”, - Fitso deyib.

Onun fikrincə, jurnalistika ilə yalnız bu sahədə sertifikatlı mütəxəssislər məşğul olmalıdır və onlar funksiyalarına vicdansız jurnalistlərin cəzalandırılmasını daxil edəcək bir strukturda birləşməlidir.

“Siz tamamilə istədiyinizi edirsiniz və buna görə heç bir məsuliyyət daşımırsınız”, - Fitso jurnalistlərə deyib.

Baş nazir Slovakiya cəmiyyətində artan gərginlikdə jurnalistləri günahlandırıb. O, may ayında həyatına sui-qəsd edilməsini mediada haqqında qarayaxmanın olmasının nəticəsi adlandırıb.

“Hökumət haqqında yazdığınız yazılardakı nifrətin həddi-hüdudu yoxdur”, - Fitso söyləyib.

O, jurnalistləri siyasətçi kimi davranmağı dayandırmağa və ölkədə keçirilən parlament seçkilərinin demokratik nəticələrinə hörmətlə yanaşmağa çağırıb. Baş nazir rəhbərlik etdiyi hökumətin dörd il müddətində hakimiyyətdə olacağını da xatırladıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR