İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artistindən aparıcının qalmaqallı çıxışına SƏRT REAKSİYA: "Beləsinin "ağıl kitabı"..."

Xalq artisti Faiq Ağayev "Kanal S"in aparıcısı Nigar Fərhadın qalmaqallı "oğluma atasız qız almaram" sözlərinə sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, sənətçi aparıcını "danışığını bilməyən ağılsız" adlandırıb.

"O boyda ədəbsiz həngamə qoparmaqdansa, de ki, "oğluma kişini saymayan, gələcək ərinə heç bir önəm verməyən qızla evlənməyi izn vermərəm". Yenə başadüşülən olar. Eynən "qızımı qadına hörmət etməyən oğlana vermərəm" fikri kimi.

Əvəzində mağara düşüncəsi qoyur ortalığa. Danışığını bilməyən uşağı öyüd-nəsihət verməklə düzəltmək olar, amma beləsinin ağıl kitabı nəinki bağlanıb, görünür, heç açılmayıb...

Çox acınacaqlı haldır".

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR