Onlayn ictimai-siyasi qəzet
Ukrayna “Drujba” neft kəmərinə həm dron, həm də raketlərlə zərbə endirib.
Musavat.com xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyyarto açıqlama verib.
Nazir bildirib ki, hadisədən sonra o, Rusiyanın energetika nazirinin müavini Sorokinlə telefon danışığı aparıb. Rusiyalı rəsminin sözlərinə görə, kəmərdəki zərərin aradan qaldırılması üçün azı beş gün vaxt lazım olacaq.
Siyyarto əlavə edib ki, Avropa Komissiyası daha əvvəl Ukraynanın belə hücumlar etməyəcəyi barədə yazılı öhdəlik götürüb:
“Ümid edirik ki, bu müddət kifayət edəcək və Avropa Komissiyası Ukrayna tərəfinə qarşı tədbir görəcək. Əks halda, Macarıstana neft nəqli mümkünsüz ola bilər”.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ