İnsanlara hürriyət, millətlərə istiqlal!

“Epşteyn işi” Konqresə göndərilir– Demokratlarla bağlı hissələr araşdırılacaq

ABŞ prezidenti Donald Tramp uşaqlara təcavüz və bu qəbildən olan digər ağır cinayətlərdə təqsirli bilinən maliyyəçi Cefri Epşteynin işi ilə bağlı materialların ABŞ Ədliyyə Nazirliyi tərəfindən Konqresə təqdim edilməsini dəstəkləyir.

Musavat.com xəbər verir ki, bunu Tramp Ağ Evdə jurnalistlərə bildirib.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən qeyd olunan sənədlərin ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinə təhvil verilməsinə başlamasına münasibəti ilə bağlı sualı cavablandıran Tramp, "günahsız insanlara zərər dəyməməlidir, lakin mən bu məsələdə tam şəffaflığın tərəfdarıyam. Məni qətiyyən maraqlandırmır" deyib: "Mən bu barədə heç nə bilmirəm. Amma mən hamıya - ABŞ-ın Baş prokuroru Pem Bondi və digər hər kəsə dedim ki, qanunvericilərə verə biləcəkləri hər şeyi versinlər. Bu materiallarda buna layiq olmayan çoxlu insanın adı ola bilər. O(Epşteyn –red.), Palm Beachdəki hər kəsi tanıyırdı".

Tramp həmçinin Epsteyn işi ilə bağlı bəzi detalların demokratlar tərəfindən siyasi məqsədlər üçün uydurulduğuna əminliyini ifadə edib: "Bütün bu Epsteyn məsələsi Demokratların uydurmasıdır".

Xatırladaq ki, Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsi avqustun 5-də ABŞ-ın 42-ci prezidenti Bill Klinton, onun həyat yoldaşı Hillari və ABŞ-ın bir sıra keçmiş nazirlərindən Epşteyn işi ilə bağlı ifadə almaq istədiyini açıqlayıb. Hazırda respublikaçıların nəzarətində olan komitə həmçinin ABŞ Ədliyyə Nazirliyindən avqustun 19-dək Epşteyn işi ilə bağlı məlumatı açıqlamağı xahiş edib. Bu, xüsusən də yuxarıda adı çəkilən nazirlik, ABŞ-ın 46-cı prezidenti Co Bayden və onun administrasiyasının hər hansı işçisi arasında hər hansı əlaqəli yazışmalara aiddir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR