Onlayn ictimai-siyasi qəzet
ABŞ maliyyə nazirinin müavini Maykl Folkender istefa verib.
Musavat.com-un “The Wall Street Journal”a istinadən məlumatına görə, bu addıma səbəb onun ABŞ prezidenti Donald Trampın fikirlərini bölüşməməsidir.
Mənbələr qəzetə bildiriblər ki, Amerika liderinin narazılığının səbəblərindən biri Folkenderin 2025-ci il iyunun ortalarından avqustun əvvəlinə kimi ABŞ Daxili Gəlirlər Xidmətinə rəhbərlik etmiş Billi Lonqla münaqişəsi olub. Tramp həmçinin Folkenderin ABŞ-ın maliyyə siyasəti ilə bağlı fikirlərinin keçmiş maliyyə naziri Stiven Mnuçinin fikirlərinə yaxın olması faktını da bəyənməyib. Tramp daha əvvəl Mnuçini Cerome Pouelli ilk müddətində Federal Ehtiyat Sisteminin sədri təyin etməyi tövsiyə etdiyinə görə tənqid etmişdi.
Falkender beş ay vəzifədə qaldıqdan sonra avqustun 21-də istefa verib. Nə nazirlik, nə də Folkender özü istefasının səbəbini açıqlamayıb. Lakin qəzet öyrənib ki, təxminən bir ay əvvəl Tramp öz administrasiyasının üzvlərinə Folkenderdən narazı olduğunu deməyə başlayıb. Nəhayət, o, maliyyə naziri Scott Bessentdən müavinini inzibati məzuniyyətə buraxmağı və sonra onun işdən çıxarılmasını təşkil etməyi tələb edib.
Musavat.com
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ