İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti İMDAD DİLƏDİ: “Mən ölürəm”

Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problemlər yaranıb. 

Kömək üçün Lent.az-a müraciət edən Naibə Allahverdiyeva bildirib ki, 3 gündür çox ağır vəziyyətdədir, lakin həkimlərdən kömək ala bilmir:

“Üç gündür qışqırığım, ağlamağım kəsilmir. Ağrı içində ölürəm, temperaturum düşmür. Təcili tibbi yardım çağırmışam. Deyirlər infeksiya var. Amma məni xəstəxanaya aparmaq istəmirlər. Deyirlər yer dolub. Bəs mən hər ay maaşımdan niyə sığorta ödəməsi edirəm? Xəstə bir də öləndən sonra yardım edəcəklər. Mən ölürəm, mənə kömək lazımdır. Daha nə şəkildə dərdimi başa salım?”. 

TƏBİB-dən bildirilib ki, Xalq artisti ilə əlaqə yaradılaraq ona lazımi tibbi yardım göstəriləcək. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR