İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağrı dağı Ermənistan pasportundan buna görə ÇIXARILIB - Paşinyan AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin pasportundan Ağrı dağının təsvirinin niyə çıxarıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə o, keçirdiyi brifinqdə bildirib.

Baş nazir deyib ki, bu addım “Ermənistanı düz yola salmaq” və dövlətçiliyi möhkəmləndirmək məqsədi daşıyır.

Paşinyanın sözlərinə görə, pasport möhürünün dəyişdirilməsi ilə bağlı layihə bir neçə ay əvvəl hazırlanıb və Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçın İrəvana səfəri ilə əlaqəsi yoxdur.

Baş nazir vurğulayıb ki, məsələ Ankara ilə müzakirə olunmayıb və olunması da mümkün deyil.

“Bu, bizim təşəbbüsümüzdür. Dövlətin davamlılığını təmin etmək üçün biz özümüz Ermənistanın ərazi bütövlüyünü tanımalıyıq. Biz Ermənistan Respublikasının məsuliyyətli dövlət olmasını və beynəlxalq qaydalara uyğun davranmasını istəyirik”, – Paşinyan deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR