Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Amerika antifaşist hərəkatını(Antifa) terror təşkilatı kimi tanıdığını açıqlayıb. Musavat.com xəbər verir ki, o, qərarını TruthSocial sosial şəbəkəsində açıqlayıb.
Tramp Antifa hərəkatının "əsas terror təşkilatı" olaraq təyin edilməsini "məmnuniyyətlə" elan etdiyini yazıb. O, həmçinin qeyd edib ki, antifaşist hərəkatının “maliyyələşmə mənbələrinin hərtərəfli araşdırılmasını qətiyyətlə tövsiyə edir”.
Tramp daha əvvəl bildirmişdi ki, o, digər radikal təşkilatları terror təşkilatı kimi tanıyacaq.
Yuta qubernatoru Spenser Koksun daha əvvəl mətbuat konfransında dediyinə görə, sağçı fəal Çarli Kirki öldürmək üçün istifadə edildiyi iddia olunan tüfəngdə istifadə edilən gilizlərdə antifaşist və LGBT ilə əlaqəli yazılar olub.
Hələ 2019-cu ildə, ilk prezidentlik dövründə Tramp Amerika antifaşist hərəkatını terror təşkilatı kimi tanımaq imkanını gündəmə gətirmişdi. Qeyd edək ki. ABŞ-dakı Antifa hərəkatı vahid mərkəzləşdirilmiş təşkilat deyil; termin bütün antifaşistlərə aid edilir.
Musavat.com
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ