Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın Albaniya ilə Ermənistanı qarışdırmasını şərh edib.
Musavat.com xəbər verir ki, Paşinyan bunun ciddi problem olmadığını bildirib.
“Bəli, belə hallar olur, amma bu, o demək deyil ki, ABŞ prezidenti ölkələr arasındakı fərqi bilmir. Açığı, mənim özüm də bəzən çaşqınlıq yaşayıram”, – deyə Paşinyan etiraf edib.
Siyasi dairələr isə hesab edirlər ki, Paşinyanın bu bəyanatı Trampın ünvanına yönəlmiş tənqidlərin qarşısını almağa hesablanıb. ABŞ prezidenti bir neçə dəfə çıxışlarında Albaniya ilə Ermənistanı səhv salaraq beynəlxalq medianın gündəminə düşmüşdü.
Musavat.com
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ