Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan "Zəngəzur dəhlizi" üzrə fəaliyyətlərin qarşılıqlılıq prinsipi ilə həyata keçiriləcəyini bildirib.
Musavat.com xəbər verir ki, Paşinyan “Tramp marşrutu” layihəsinin istismarı çərçivəsində bütün addımların qarşılıqlı əsasda atılacağını qeyd edib:
“Əgər silahların daşınması məsələsi Ermənistan üçün keçərlidirsə, eyni şərt Azərbaycan üçün də keçərli olacaq”.
Qeyd edək ki, Ermənistan və Azərbaycan arasında "Zəngəzur dəhlizi" mövzusu son illərdə regionda əsas müzakirə predmetlərindən biridir. Paşinyanın bu açıqlaması isə Bakı ilə İrəvan arasında yeni müzakirələrə yol aça bilər.
Musavat.com
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ