Onlayn ictimai-siyasi qəzet
Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunda evdən 45 min manat pul oğurlayan qadın saxlanılıb.
Musavat.com xəbər verir ki, Babək rayonunda yerləşən evlərin birindən 45 min manat pul oğurlanması barədə polisə məlumat daxil olub. pizza hut
Babək Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Mustafayeva Ayşən müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluğu törədib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ