İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail və Suriya hərbi sahədə bir sıra razılaşmalar imzalayacaq

İsrail və Suriya arasında aparılan danışıqlarda irəliləyiş müşahidə olunur və 2025-ci ilin sonunadək hərbi və təhlükəsizlik sahələrini əhatə edən bir neçə müqavilənin imzalanacağı gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə AFP-yə danışan mənbə məlumat verib. Onun sözlərinə görə, tərəflər arasında razılaşdırılacaq sənədlər əsasən təhlükəsizlik əməkdaşlığını gücləndirməyə yönələcək.

Qeyd edək ki, İsrail və Suriya arasında uzun illərdir diplomatik münasibətlər mövcud deyil və ölkələr arasında qarşıdurma davam edir. Buna baxmayaraq, tərəflər son aylarda müxtəlif kanallar vasitəsilə danışıqlar aparır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR