İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçmazda “VAZ-2106” traktora çırpılıb, xəsarət alanlar var

Xaçmazda baş verən yol qəzası zamanı 2 nəfər xəsarət alıb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb. "VAZ-2106" markalı avtomobilin qoşqulu traktora çırpılması nəticəsində rayonun Nərəcan kənd sakinləri - 1995-ci il təvəllüdlü Elnur Xəzər oğlu Mirzəyev və onun sərnişini 1999-cu il təvəllüdlü Nazir Şafiq oglu Həsənov müxtəlif xəsarətlər alıblar.

Yaralılar ətrafdakıların köməyilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR