Onlayn ictimai-siyasi qəzet
Dini İşlər üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa Konqres Mərkəzində “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminarın ikinci günündə də maraqlı məruzəçilər və müzakirələr vardı.
"Dini radikalizmlə mübarizə və media" mövzusunda moderator, İlahiyyat İnsitutunun rektoru Aqil Şirinov mediada dini marifləndirmə sahəsində problemlərdən danışdı. Rektor dini sahədə ciddi araşdırmaçı jurnalistlər olduğunu dedi, Azərbaycanda da bu cür araşdırmalara ehtiyac olduğunu vurğuladı.
Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Fuad Nurullayev din və radikalizmin bir-birinə zidd ifadələr olduğunu dedi. QMİ nümayəndəsi Qarabağın azad edilməsində imanlı kəsimi nümunə kimi göstərdi. Özünün mediaya açıq olduğunu deyən QMİ nümayəndəsi medianın dini sahədəki marifləndirməyə hələ də ehtiyac olduğunu vurğuladı. F. Nurullayev medianı dinlə bağlı yazılarda "həddini aşmaq" hallarının təəssüf doğurduğunu dedi. F. Nurullayev media yazarlarını "iman və elmi" birləşdirməyə dəvət etdi.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov Azərbaycanda dini radikalizmə qarşı görülən tədbirlərdən danışdı. O, dini radikalizmə və ekstremizmə qarşı mübarizədə marifləndirmənin xüsusi rolu olduğunu dedi, DİN-nin bu istiqamətdə gördüyü işlərdən danışdı, medianı radikalizmlə mübarizədə birgə fəaliyyətə çağırdı.
Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin məsləhətçisi Natiq Mirzəyev dini ekstremizmə mübarizədə qanunverici bazanın olduğunu dedi. Dedi ki, dini ekstremizm qanunlarla terrorizmlə bərabər tutulur. Terorçuluğun bir qolunun da dini ekstremiz oldiğunu söylədi, radikallıqla mübarizədə medianı birgə fəaliyyətinin səmərəli oldiğunu vurğuladı.
Üçüncü panel seminarında “Dini maarifləndirmənin təşkilində median rolu: əsas təbliğat və təsir metodları" mövzusunda müzakirənin moderatoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Elşad Miraləm oldu.
Azərbaycan Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova bir neçə il əvvələ kimi televiziyalarda dini proqramların olduğunu, amma sonra yığışdırıldığını xatırlatdı: "Oradakıları eşitmək istəyənlər məcbur qalıb başqa məkanlara üz tutdular. Biri düz yerə üz tutdusa, beşi yanlış yolu tutdu."
Məruzəçi dini mövzuda tok-şouların təşkilinin vacibliyini vurğuladı.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu da çıxışında medianın bu istiqamətdə görə biləcəyi işlərdən danışdı.
“525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli daha çox Qarabağ xanlığında, Şuşada dinin inkişafı haqda danışdı, Azərbaycan ədəbiyyatında dini marifləndirmə haqda danışan jurnalist onu da dedi ki, təəssüf ki, ədəbiyyatda, maarifləndirmədə xüsusi rolu olan Mirzə Ələkbər Sabirin fəaliyyəti "ateizm kimi" qiymətləndirilib.
S. Hüseynli dedi ki, əsas etibarilə media dini mühitdə nə baş verirsə, onu əks etdirir. Məruzəçiyə görə, media təkcə müsəlman icmasının deyil, xristian və digər dini konfessiyalara da diqqət ayırmalıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yekun nitqi ilə çıxış etdi. R.Məmmədov iki günlük seminarın yekunlarının həm jurnalistlər, həm ekspertlər üçün səmərəli olduğunu dedi. Azərbaycana ideoloji cəhətdən hücumların İkinci Qarabağ müharibəsindən sonra artığını xatırlatdı. Onu da dedi ki, Azərbaycan cəmiyyəti kifayət qədər yetkindir və kənar ideoloji təhdidlərə qarşı mübarizə aparmaq iqtidarındadır.
Nazim SABİROĞLU,
Şuşa,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ