İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın qərargahı Corciya ilə Gürcüstanı ayırd edə bilmədi

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Trampın seçki qərargahı “Facebook” sosial şəbəkəsində Corciya ştatının sakinlərinə yönəlmiş kampaniya postunda Gürcüstandan olan fotodan istifadə edib.

Musavat.com xəbər verir ki, bu barədə “The Atlanta Journal” qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, yerli respublikaçılara ünvanlanan mesajda “Tramp üçün səs verməyə görə qeydiyyatdan keçin” yazısı ilə dağlıq bir mənzərənin fotosu da yer alıb. İstifadə olunan fotoşəkil “Shutterstock” fotobankından götürülüb. Həmin fotoşəkildə təsvir olunan yerin isə Gürcüstanın Svaneti bölgəsi olduğu ortaya çıxıb.

Qeyd edək ki, ingilis dilində ABŞ-ın Corciya ştatının və Gürcüstanın adları eyni şəkildə yazılır - Georgia.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR