Onlayn ictimai-siyasi qəzet
“Dünəndən şokdayam, çünki başa düşmürəm, bu qədər problemə qərq olmuş bir ölkənin lideri seçki kampaniyasına başlamaq üçün BMT platformasından ucuz təbliğat üçün necə istifadə edə bilir?”
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi yerli politoloq Suren Surenyantsdır.
“Mən başa düşə bilmirəm ki, Paşinyan necə dünya liderlərini reallığı bir kənara qoyub illüziyalarla yaşamağa çağırır. Ermənistanı məhv olmaq həddinə çatdıran adam dünyaya öz modelini təklif edir və bu, həqiqətən “qeyri-adi”, “tarixi” hadisə sayıla bilər”, - deyə erməni politoloq qeyd edib.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ