İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan yerli müxalifəti belə TƏNQİD ETDİ 

“Ermənistanda titul müxalifəti hakimiyyətlə işə keçməyən köhnə üsullarla mübarizə aparır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi yerli politoloq Tiqran Köçəryandır.

“Bir atalar sözü var: “generallar həmişə keçmiş müharibəyə hazırlaşır”. Bu məsəl altı ildir köhnəlmiş üsullarla mübarizə aparan indiki müxalifətə də aiddir. Nikol Paşinyanın bir vaxtlar hakimiyyətə gəlişi üçün istifadə etdiyi üsullardan heç bir nəticə alınmayacaq. Ən azı Paşinyan hakimiyyətə gələndə mövcud olan əsas şərt artıq yoxdur. Söhbət “məxməri polis”dən gedir. Əgər 2019-cu ildən polis “məxməri” qalsaydı, indi Nikol Paşinyan baş nazir kürsüsündə oturmazdı” - deyə o qeyd edib.

Bununla belə, revanşist ekspert problemin son həllinin İrəvanda olması ilə razılaşdığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR