İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ədliyyə Nazirliyi “Visa”nı məhkəməyə verməyə hazırlaşır

ABŞ Ədliyyə Nazirliyi “Visa”nı məhkəməyə verməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

Bildirilir ki, iddiaya səbəb şirkətin debet kartları sənayesində rəqabətə zidd hərəkətləridir.

Nəşrin mənbəsinin bildirdiyinə görə, Ədliyyə Nazirliyi “Visa”nın biznes təcrübələri ilə bağlı çoxillik araşdırmadan sonra məhkəməyə müraciət edir. 2021-ci ildə Ədliyyə Nazirliyi “Visa”dan rəqabətədavamlı razılaşmaları və inhisarçı davranışı qadağan edən antiinhisar müddəalarının potensial pozuntuları barədə məlumat tələb edib. Nəşr bildirir ki, araşdırma ABŞ-da “Visa” debet kartları biznesinə, eləcə də digər şəbəkələrdə və ödəniş üsullarında rəqabətə yönəlib.

Ədliyyə Nazirliyi şərh verməkdən imtina edib. FT qeyd edir ki, “Visa” hələ şərh sorğusuna cavab verməyib.

Bundan əvvəl bildirilmişdi ki, Yaponiya hakimiyyət orqanları “Visa” ödəniş sistemini antiinhisar qanunları pozmaqda və kredit kartlarının verilməsi zamanı şirkətlərə təzyiq göstərməkdə şübhəli bilir. Bununla əlaqədar Yaponiya Ədalətli Ticarət Komissiyasının əməkdaşları “Visa”nın törəmə şirkəti olan “Visa Worldwide Japan” şirkətinin ofisində axtarışlar aparıblar. Yaponiya tərəfi baş ofisi ABŞ-da yerləşən “Visa Inc”ə və “Visa Worldwide Private Limited”ə (Sinqapurda yerləşir və Asiya-Sakit okean regionuna nəzarət edir) qarşı da araşdırma aparmaq niyyətindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR