İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali Məhkəmənin bülleteni dövri elmi nəşrlərin siyahısında

Azərbaycan Respublikası Ali Məhkəməsinin nəşri olan “Ali Məhkəmənin Bülleteni” Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilib.

Musavat.com xəbər verir ki, Ali Məhkəmənin Bülletenində dərc edilən məqalələrin hüquq elmləri sahəsini əhatə etdiyi nəzərə alınaraq, “dövri elmi nəşrlərin siyahısı”nın “hüquq elmləri” bölməsində təqdim edilib.

Bülletendə əsasən hüququn müxtəlif sahələri üzrə praktiki və nəzəri məsələlər üzrə aparılan araşdırmalar və onların nəticələri, hüquq tətbiqetmə zamanı qarşıya çıxan problemlər və onların həlli yollarına dair tədqiqatların əks olunduğu məqalələr dərc olunur. Eyni zamanda Bülletendə Ali Məhkəmənin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktları da oxucuların diqqətinə çatdırılır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülletenində məqalə dərc etmək arzusunda olan şəxslər rəsmi veb səhifədə “Vətəndaşlar üçün” bölməsinin “Məqalə qəbulu” altbölməsinə keçid edərək şərtlərlə tanış ola bilərlər.

Məlumat üçün bildirək ki, 2024-cü ilin iyun ayında Beynəlxalq Serial Nəşrlərin Qeydiyyatı Mərkəzi tərəfindən Ali Məhkəmənin Bülleteninə Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN 3007-2557) ilə bağlı sertifikat verilib. Həmçinin Bülletendə dərc edilən hər bir məqalə üçün Rəqəmsal Obyekt İdentifikatoru (DOI-Digital Object Identifier) alınıb.
Xatırladaq ki, məqalələr Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər"ə və Ali Məhkəmənin müəlliflər üçün “Məqalə qəbulu qaydalar”ına uyğun hazırlanmalıdır.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR