Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco" dollar istiqrazlarının növbəti emissiyasını yerləşdirməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə "Aramco"nun Səudiyyə Fond Birjasına verdiyi açıqlamada bildirilir.
Açıqlamada qeyd olunur ki, şirkət banklara dollarla ifadə olunmuş İslam istiqrazları (sukuk) buraxmağa icazə verib. Yerləşdirmənin təşkili xüsusilə "Al Rajhi Bank", "Citigroup", "JPMorgan" və "Standard Chartered" tərəfindən həyata keçirilir.
Qeyd edək ki, iyul ayında şirkət üç il ərzində ilk dəfə olaraq istiqraz emissiyası yolu ilə 6 milyard dollar cəlb edib. O zaman hərraclarda "Aramco" qiymətli kağızlarına investor tələbi 23 milyard dolları keçib.
Səudiyyə Ərəbistanı hökuməti və dövlət şirkətləri iddialı iqtisadi diversifikasiya proqramını maliyyələşdirmək üçün fəal şəkildə vəsait toplayır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ